Rusiyada bir gənc özünü qandallayıb

Rusiyada bir gənc özünü qandallayıb

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində bir çox tanınmış markalar Rusiyada fəaliyyətini dayandırıblar. Bu səbəbdən bir gənc özünü "MC Donalds" qida şirkətinin paytaxt Moskvadakı filialının qapısına qandalla bağlayıb. SİA-nın xarici istinadən verdiyi məlumata görə, həmin gənc tanınmış rus rəssamı Nikas Safronovun oğlu Luka Zatravkidir. Etirazı zamanı ölkədə 270 kiloluq bədəni ilə gündəmə gələn pianoçu Zatravkin "Onları bağlamağa ehtiyac yoxdur. Onların bağlanmasının səbəbləri nələrdir? Bu, bütün rus xalqına qarşı düşmənçilikdir. Bu, zorakılıq aktıdır,- deyə etiraz edib. Aksiyanı izləyən rayon polisi Zatravkinin yanına gedib. Polis Zatravkinin etirazına müdaxilə edərkən qapıya bağladığı qandalları çıxarıb. Daha sonra polis Zatravkini saxlayıb və polis bölməsinə aparıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə