Rusiyanın Ukraynaya müdaxiləsi gözlənildiyi kimi alınmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukraynaya qarşı 2 həftədən çox işğal siyasəti aparan Rusiya Kiyevə daxil ola bilməyib. Bəzi mənbələrə görə, Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib. Moskva Ukraynada istifadə üçün Çindən hərbi təchizat istəyib. Lakin rəsmilər hansı materialların tələb olunduğunu açıqlamayıblar. Məlumata görə, Çin kömək etməyə hazırlaşır. “The New York Times” qəzetində yer alan xəbərə görə, Amerika rəsmiləri Çindən sanksiyaların təsirini aradan qaldırmaq üçün yenidən Rusiyadan iqtisadi yardım istəyib. Çin indiyədək Rusiyanın işğalına qarşı neytral qalmağa çalışıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB