“...Qərbin təzyiqi Moskvanın kursunu dəyişməyəcək, Rusiya ABŞ və Avropadan sanksiyaları ləğv etməyi tələb etməyəcək”.
SİA “5-tv.ru” saytına istinadən xəbər verir ki, bu bəyanatla xarici işlər nazirinin müavini Sergey Verşinin çıxış edib.
“Sanksiyalar bizim qərarımız deyil. Onlar ABŞ, onun peykləri Rusiyaya təzyiq etmək, iqtisadiyyatımızı və sadə rusları çox çətin vəziyyətə salmaq istəyənlər tərəfindən qəbul edilir. Amma onlar unudurlar ki, bizə təzyiq vasitəsi kimi tətbiq edilən sanksiyalar, birincisi, qeyri-legitimdir, ikincisi də heç bir nəticə verməyəcək”,
Verşinin əlavə edib ki, Rusiya Qərbdə sanksiyaların ləğvi tələblərini gözləməyəcək. Bunun əvəzinə, o, sahib olduğu həmfikir insanlara arxalanaraq iqtisadiyyatını və özünü inkişaf etdirmək qabiliyyətini daha da inkişaf etdirəcəkdir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiyanın niyə BMT Təhlükəsizlik Şurasından kənarda qala bilmədiyini də açıqlayıb. Verşinin sözlərinə görə, bir ölkəni təşkilata üzvlükdən məhrum etmək üçün onun üzvlərinin üçdə ikisi buna səs verməlidir, onların arasında BMT-nin beş daimi üzvü də olmalıdır. Onlardan biri də Rusiyadır.
Verşinin qeyd edib ki, belə təklif və ideyalar eşidilir, lakin onlar tamamilə real deyil. Diplomat qeyd edib ki, Rusiya olmasa, beynəlxalq münasibətlərin arxitekturası dağılacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB