Çoxfunksiyalı qurğular, lazerli printerlər, kameralar və videokameralar, proqram təminatı və şəbəkə həlləri istehsal edən Yaponiyanın “Ricoh” şirkəti Ukraynadakı vəziyyəti əsas gətirərək Rusiyaya məhsullarının tədarükünü dayandırır.
SİA xəbər verir ki, bunu “rambler” saytı bildirir.
“Ətraf mühit, cəmiyyət və iqtisadi fəaliyyət arasında tarazlığı saxlayan davamlı cəmiyyətin həyata keçirilməsinə töhfə verməyə çalışan qlobal şirkət kimi, Ukraynada və onun ətrafında baş verən humanitar böhranın intensivliyi və sürəti dərin narahatlıq doğurur”. Rus saytının yazdığına görə, şirkətin açıqlamasında belə deyilir..
Qeyd edək ki, “Ricoh” şirkəti zərərçəkənlərə dəstək olacağını və Qırmızı Xaça ianə edəcəyini də vəd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB