“Rusiyalı hərbi əsirlər ya dəyişdiriləcək, ya da onlar Ukraynada cəzalandırılacaqlar”
SİA "Ukrinform"a istinadən xəbər verir ki, bu sözləri Baş nazirin müavini - Müvəqqəti İşğal olunmuş Ərazilərin Reinteqrasiyası üzrə nazir, Əsirlərin Müalicəsi üzrə Əlaqələndirmə Qərargahına rəhbərlik edən İrina Vereşçuk bildirib.
"Əlbəttə, biz barbar deyilik və hər şey qanun çərçivəsində həll olunacaq. Biz beynəlxalq humanitar hüquqla müəyyən edilmiş qaydada işləyəcəyik və mütləq mübadilə fondu yaradacağıq. Rusiya hərbi əsirləri dəyişdiriləcək, ya da onlar Ukraynada cəzalandırılıacaqlar”, - deyə hökumət rəsmisi bildirib.
Vereşçuk, eyni zamanda, vurğulayıb ki, Rusiya hakimiyyəti öz ölən əsgərlərinin, eləcə də yaralıların taleyi ilə o qədər də maraqlanmır - çox vaxt onları döyüş meydanında atıb gedirlər. Ona görə də belə bir vəziyyətdə Rusiya tərəfinin Ukraynada dəmir barmaqlıqlar arxasında qalacaq əsgər və zabitləri ilə nə qədər maraqlanacağını da proqnozlaşdırmaq çətindir. Məhbusların mübadiləsinin hansı formatda həyata keçiriləcəyi ilə bağlı da dəqiqlik yoxdur.
"İndi Beynәlxalq Qızıl Xaç Komitәsinin da iştirak etdiyi hərbi əsirlərin mübadiləsi sistemi var. Əsirlərin hər biri üçün xüsusi kartlar doldurulur, onlar Qırmızı Xaça göndərilir. Mən artıq siyahılara baxmışam və heyrətlənirəm. Rusiya Federasiyasının müharibəyə göndərdiyi uşaqların doğulduğu illər: 2002, 2003-cü illərdir. Mən şokdayam. Axı onlar deyirdilər ki, bu, Rusiyanın peşəkar ordusudur, amma əslində uşaqlar döyüşür”.- Bunu da Vereşçuk bildirib.
O, həmçinin beynəlxalq humanitar hüquq sisteminin və institutlarının modernləşdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac olduğu fikrini bildirib.
“Bu gün dünya dəyişib. İndiki müharibələr qeyri-ənənəvi xarakter daşıyır. Rusiya kimi dövlətlər Cenevrə Konvensiyasını imzalasalar da, beynəlxalq hüquqa məhəl qoymurlar. Lakin Rusiya etdiklərinə - müharibə cinayətlərinə, insanlıq və xalqa qarşı etdiyi əməllərinə, mülki əhalini qırdığına görə tam məsuliyyət daşıyacaq. Lakin bu konvensiyalar, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifələri və missiyasına yenidən baxılmalıdır”. Qeyd edim ki, bunu da Vereşçuk bildirib.
Nazir müavininin sözlərinə görə, Ukraynada hərbi əsirlərlə rəftar sahəsində zəruri normativ-hüquqi baza təkmilləşdirilib, prosedur hazırlanıb, Koordinasiya Qərargahı yaradılıb və məsul katiblər təyin edilib.
Xatırladaq ki, martın 11-də Ukrayna Nazirlər Kabinetinin sərəncamı ilə Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı da yaradılıb.
..Bəs, ruslar deyir ki, ukraynalılar barbardır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB