Bu gün “yaşıl dəhliz” olmayacaq...

Bu gün “yaşıl dəhliz” olmayacaq...

Martın 14-də Sumı bölgəsində əhalinin evakuasiyası üçün “yaşıl dəhliz” olmayacaq. Bu barədə Sumı Regional Hərbi Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib. SİA bu barədə “UNİAN” saytına istinad edir.

“Sumi ərazisində martın 14-də "yaşıl dəhlizlər" olmayacaq", - deyə o bildirib. Jivitskinin sözlərinə görə, bu günə kimi marşrutların heç biri razılaşdırılmayıb.

“Amma növbəti danışıqlar davam edir”. Bunu da Regional Dövlət Administrasiyasının sədri bildirib.

Xatırladaq ki, bundan əvvəl Sumı rayonuna 500 ton humanitar yük gətirilmişdi. Gətirilənlər arasında dərmanlar, qida məhsulları, uşaq qidaları və s. var idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə