"İzvestiya" qəzetinə bazar ertəsi dərc olunan müsahibəsində Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) baş direktoru Valeri Fedorov bildirib ki, rusların əsas qorxuları işsizlik və istehlak mallarının qiymətlərinin artması ilə bağlıdır. SİA bu barədə “rambler”ə istinad edir.
Rusiyalıların əsas qorxuları inflyasiya və işsizliklə bağlıdır. İnsanlar gündəlik istehlak mallarının qiymətinin qalxacağından və onların çeşidinin azalacağından qorxurlar. Onlar yoxa çıxan tanış malların analoqlarını axtarmalı olacaqlar. Yeni, işlənmiş avtomobil almaq barədə düşünməli olacaqlar” deyən o, sanksiyaların hələ də ruslar tərəfindən əsasən informasiya məkanında hiss olunduğunu bildirib.
Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar ölkədə hələ ki, tam hiss edilməsə də, amma əlamətləri müşahidə edilməkdədir. Bunu artıq mərkəzini direktoru Fedorov da etiraf edir.
O qeyd edir ki, təcrid olunmaq qorxusu böyük şəhərlərin sakinləri, beynəlxalq şirkətlərin işçiləri, ali təhsilli ruslar və gənclərdən ibarət həmyerlilərin 20-25 faizi tərəfindən artıq hiss olunur: "Onlar üçün təcrid həyatın kifayət qədər maddi, vacib və hiss olunan elementlərinin itirilməsidir. Təbii ki, bu, onların xoşuna gəlmir".
Eyni zamanda VTsİOM-un baş direktoru qeyd edir ki, koronavirus mövzusu gündəmdən silinsə də, lakin cəmiyyətdə qorxu səviyyəsi hələ də pandemiya dövründəkindən aşağıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB