Zelenski Putinlə görüşə nail olmağı planlaşdırır?

Zelenski Putinlə görüşə nail olmağı planlaşdırır?

Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da yayımladığı növbəti videomüraciət zamanı Ukraynanın Rusiya ilə danışıqlardakı məqsədinə aydınlıq gətirib. SİA bu barədə “5-tv.ru” saytına istinad edir.

Ukrayna rəhbərinin sözlərinə görə, Kiyev Rusiya prezidenti Vladimir Putinlə görüşə nail olmağı planlaşdırır. "Bizim aydın vəzifəmiz var - hər şeyi edək ki, prezidentlərin görüşü baş tutsun, əminəm ki, insanlar gözləyirlər" - deyə Zelenski vurğulayıb.

O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna danışıqları hər gün onlayn rejimdə aparılır. Yeni onlayn görüş, məlum olduğu kimi, martın 14-nə təyin edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Vladimir Zelenski ilə görüşünün baş tuta bilməsini də istisna etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə