Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bütün Avropa üçün “sonun başlanğıcıdır”. Rusların “5-tv.ru” saytı xəbər verir ki, bu qənaətə Almaniyanın “Spiegel” jurnalının ekspertləri Avropa ölkələrinin sammitinin yekunlarına diqqət çəkərək gəliblər.
Onlar bildirirlər ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə nə qədər uzun sürərsə, Rusiya Federasiyasına qarşı sanksiyalar Avropa İttifaqının özünə bir o qədər çox ziyan vuracaq. Yəni bu Avropanın hərtərəfli şəkidə parçalanmasına gətirib çıxaracaq.
Bu arada, “Die Welt” qəzetinin köşə yazarı Henrik Broder bəzi avropalı siyasətçilərin Ukrayna ətrafındakı vəziyyətdən istifadə etməyə və orada baş verən faciədən pul qazanmağa çalışmalarından şübhələndiyini bildirib. Yazarın fikrincə, onlar yaranmış vəziyətdən istifadə edərək öz vətəndaşlarını “kəmərlərini sıxmağa” çağırırlar.
Yeri gəlmişkən, bu yaxınlarda Avropa İttifaqı etiraf etdi ki, artıq Rusiyaya maliyyə təzyiqi etmək imkanları yoxdur. Avropa diplomatiyasının rəhbəri Josep Borrell vurğulayıb ki, müttəfiqlərin artıq Moskvaya qarşı tətbiq edə biləcəkləri maliyyə sanksiyaları qalmayıb. Onun sözlərinə görə, Avropa Rusiya qaz və neftinin idxalından asılıdır və buna görə də onların tədarükündən tam imtina etmək iqtidarında deyillər.
Daha əvvəl məlumat verilmişdi ki, Qərb ölkələri Rusiyanın dəyəri 300 milyard dollar dəyərində qiymətləndirilən qızıl-valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.
Əslində, SİA-nın rusların “rambler” saytına istid etdiyi bu yazı, onların, yəni rusların özü özlərinə verdikləri təsəlli kimi də qəbul edilə bilər. Amma nə bilmək olar, bəlkə də...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB