Rusiya kömək üçün Çinə müraciət edib?

Rusiya kömək üçün Çinə müraciət edib?

...Rusiya Çindən kömək istəyib. Bu barədə “The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb. Nəşr yazır ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan martın 14-də Romada Çinin Rusiya-Ukrayna münaqişəsindəki rolunu müzakirə etmək üçün yüksək çinli məmurla görüşməyi planlaşdırır. Yeri gəlmişkən: SİA bu barədə “rosbalt” saytına istinad edir.

Sullivanın sözlərinə görə, Rusiya ABŞ, Avropa İttifaqı və bir sıra Asiya ölkələrinin geniş sanksiyalarının iqtisadiyyatına vurduğu zərbələri yumşaltmaq və çox ehtimal ki, iqtisadi yardım istəyi ilə Çinə müraciət edib.

Maraqlıdır ki, nəşr Rusiyanın Çindən hərbi-texniki yardım istəyə biləcəyini də istisna etmir.

Bununla belə, Çin rəsmilərinin hələ ki, Rusiyanın müraciətini cavablandırmadıqları bildirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Sullivan CNN telekanalının efirindən Pekinə Moskvaya sanksiyalar təzyiqinin öhdəsindən gəlməsinə yardımın yolverilməzliyi barədə “xəbərdarlıq” etmişdi: . “Biz Pekinə çatdırmışıq ki, heç bir ölkənin sanksiyalara görə Rusiyanın itkilərini kompensasiya etməsinə dözməyəcəyik”.

Yeri gəlmişkən bir müddət bundan əvvəl “The New York Times” nəşri də Çinin Ukraynaya münasibətdə kursunu dəyişəcəyinə ümid etdiyini bildirmişdi. Qeyd edək ki, bu ümidi nəşrə ABŞ prezidenti Cozef Baydenin administrasiyasının açıqlamaları aşılamışdı.

Təbii ki, bu gün Amerika rəsmiləri arasında buna inanmayanlar olsa da, amma Çinin Moskvaya kömək etməkdən çəkindirməyin mümkünlüyünə inanlar da az deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə