Kadırovu Ukraynada “məhv etmək” istəyirlər?

Kadırovu Ukraynada “məhv etmək” istəyirlər?

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Aretoviç Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova əgər həqiqətən Ukrayna ərazisinə daxil olarsa, onu “məhv etmək”lə hədələyib. Kadırov bu barədə öz teleqram kanalında məlumat yayıb. Amma təhdiddən qorxmayan Ramazan da Aretoviçə təhdidlərə cavab verib.

SİA bu barədə “rambler” saytına istinad edir.

“...Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək”, – Aretoviç Kadırovun teleqram kanalında dərc olunan mesajında ​​yazıb.

“Qapınızı döyməliyəmmi?”- bax... bunu da Çeçenistan rəhbəri hədəyə cavab olaraq deyib

Hə...bax bu Ramazanın qorxu nə olduğunu bilməməsinə dəlalət edir. Hə, indi nə olsun ki, Kiyevə yaxınlaşmayıb Ukraynanın Rusiya ilə sərhədindəki kəndlərndən birinə gəlib.

Bundan əvvəl Ramzan Kadırovun Ukraynaya gəldiyi bildirilirdi. O da məlum olub ki, Çeçenistan təhlükəsizlik qüvvələrinin bölmələri Kiyevə yaxın ərazidə yerləşir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə