Britaniya ordusunun keçmiş komandanı polkovnik Riçard Kemp deyib ki, Qərb Vladimir Putinin öldürülməsi ehtimalını istisna etməməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazır.
Polkovnik hesab edir ki, Putinin öldürülməsi minlərlə insanın həyatını xilas edə bilər, ona görə də NATO və Qərb müttəfiqləri bu ehtimalı istisna etməməlidir.
“...Üsamə bin Laden, İslam Dövlətinin başçısı Əbu Bəkr əl-Bağdadi, İran Respublika Qvardiyasının komandiri Qasım Süleymani Qərbə birbaşa təhdid idilər deyə öldürüldülər. Putin isə daimi və ölümcül təhlükədir, o, hakimiyyətdə olduğu müddətdə də təhlükə olaraq qalacaq”, - deyə Kemp bildirib.
Putini devirmək, həbs etmək və ya mühakimə etmək olar, lakin Kempin fikrincə, bu mümkün deyil.
“Əgər iş qətldən gedirsə, bu, çoxları üçün xoşagəlməz ola bilərdi, lakin onun həyatı Ukraynada və başqa yerlərdə öldürdüyü və ya gələcəkdə öldürə biləcəyi minlərlə insanın həyatından dəyərli deyil” - zabit qeyd edib.
Britaniyalı polkovnik həmçinin əmindir ki, Putinin oliqarxlarına göstərdiyi təzyiq Rusiya hakimiyyətində “saray çevrilişinə” də gətirib çıxara bilər.
Yeri gəlmişkən xatırladaq ki, daha əvvəl amerikalı senator Lindsi Qrem efirdə Vladimir Putini sıradan çıxarmağa çağırmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB