Avstraliyanın Melburn (Melbourne) şəhərindəki tarixi Kraliça Viktoriya Bazarında (Queen Victoria Market) təşkil edilən Türkiyə Bazar Günü Festivalına on minlərlə avstraliyalı qatılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Moreland Türkiyə Dərnəyi tərəfindən təşkil edilən və 2 gün davam edən 15-ci Türkiyə Bazar Günü Festivalına gələnlər ebru sənətindən xəttatlığa, mehtər yürüşlərindən türk sənət musiqisinə, xalq rəqslərindən çalğı alətlərinə qədər bir çox maraqlı sənət nümunələrini canlı izləyiblər.
Avstriyalılar həmçinin Türkiyə mətbəxindən qəhvədən şirniyyata, dönərdən kabablara, simitdən mantıya (düşbərə) qədər bir çox ləzzətləri dadmaq imkanı qazanıblar.
Avstraliyada yaşayan türkiyəli sənətçilərin də səhnəyə çıxaraq iştirak etdikləri festival gələnlərlə birgə oynanan xalq rəqsləri ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB