Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib
Martın 20-dən 25-dək paytaxt Tbilisidə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “NATO-Gürcüstan – 2022” adlı hərbi təlim keçiriləcək. Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, təlimlərə NATO-ya üzv və tərəfdaş 23 ölkə qatılır.
Hərbi manevrlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazımi bacarıqları inkişaf etdirəcəklər.
Qeyd edək ki, ilk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib və bu, üçüncü təlimdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB