İran ilk elektromobilinin təqdim etdi

İran ilk elektromobilinin təqdim etdi

İran milli istehsalı olan “Oxygen” adlı ilk elektromobilinin təqdimat mərasimini keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Şiraz şəhərində keçirilən təqdimat mərasimində elektromobili istehsal edən “Xodrasazan” şirkətinin nümayəndəsi yeni maşının texniki göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, 2 nəfərlik avtomobil hamı üçün ucuz və əlçatandır. Gələcəkdə yeni istehsal xətti açılacaq və avtomobillər 4 nəfərlik istehsal olunacaq.

Yeni avtomobil 220 kilometr məsafəni saatda 15 kilovat enerji israf etməklə qət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə