İran raketi ABŞ-a qarşı tuşlamayıbmış...

...Yaxınlarda iki ölkənin "yaxşı münasibət" qurması da istisna edilmir...Avropanı neftsiz qoymaq olmaz!
İran raketi ABŞ-a qarşı tuşlamayıbmış...

...Bunlar da İranı günahkar bilirdilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün verdiyi yazılı açıqlamada Ərbil bölgəsinə raket hücumu nəticəsində ABŞ vətəndaşlarının və obyektlərinin xəsarət almadığını bildirib. O, həmçinin əlavə edib ki, Vaşinqtonda bu hücumun ABŞ-a qarşı yönəldiyinə dair heç bir sübut da yoxdur.

“ABŞ-ın heç bir obyektinə ziyan dəyməyib, heç bir personala zərər dəyməyib və hücumun ABŞ-a yönəldiyinə dair heç bir sübutumuz yoxdur”, - Prays bildirib.

Bununla bərabər, ABŞ Dövlət Departamentinin sözçüsü bəyanatda Birləşmiş Ştatlar dəqiq olmayan versiyaya görə "İrandan atılan" raket zərbələrini "qətiyyətlə pisləyir". Prays görə, bu zərbələr "İraqın suverenliyinin kobud şəkildə pozulması"dır..

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə