Şanxay martın 17-dən beynəlxalq reysləri ləğv edir

Şanxay martın 17-dən beynəlxalq reysləri ləğv edir

Şanxayda koronavirusla bağlı vəziyyət pisləşdiyi üçün martın 17-dən etibarən bu meqapolisə uçan bütün beynəlxalq reyslər Çinin digər şəhərlərindəki aeroportlara yönəldiləcək. SİA-nın əldə etdiyi məlumata görə, bunu mülki aviasiya barədə məlumatlar üzrə ixtisaslaşan CARNOC portalı yazıb.

Məlumata görə, uçuşların hər hansı hava limanına yönəldilməsi konkret aviakompaniya ilə fərdi qaydada həll ediləcək. Bu cür iş rejiminin altı həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, son həftələr Şanxayda yerli əhali arasında koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur. Bu səbəbdən ictimai yerlərdə epidemioloji nəzarət tədbirləri gücləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə