Böyük Britaniya ukraynalılar üçün yeni viza proqramına başladı

Böyük Britaniya ukraynalılar üçün yeni viza proqramına başladı

Böyük Britaniya daha çox ukraynalının ölkəyə gəlməsinə imkan yaradan yeni viza proqramına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, yeni viza proqramı çərçivəsində Britaniyada ukraynalı qaçqınları evlərində qonaq edən şəxslərə hökumət ayda 350 funt sterlinq yardım edəcək.

Britaniyanın mənzil-məişət məsələləri üzrə dövlət katibi Maykl Qov ölkəsinin Ukraynada qaçqınlara dəstəyini artıracağını bildirib. Onun sözlərinə görə, indiyədək 3000-dən çox ukraynalı qaçqına, o cümlədən Birləşmiş Krallıqda ailə üzvləri olan ukraynalılara viza verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə