Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, söhbət zamanı regional və beynəlxalq proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması və sülhün bərpası üçün böyük səy göstərdiklərini, humanitar yardım və təxliyə ilə bağlı çox çalışdıqlarını bildirib.
A.Quterreş Rusiya ilə Ukrayna arasında vasitəçilik və sülhə töhfə vermək üçün göstərdiyi diplomatik səylərinə görə Türkiyə prezidentinə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB