Ukraynalı qaçqınları daşıyan avtobus aşıb

Ukraynalı qaçqınları daşıyan avtobus aşıb

Ukraynalı qaçqınları İtaliyanın Pesaro şəhərinə aparan avtobus naməlum səbəbdən aşıb. SİA xarici mətbuata istinadən bildirir ki, qəzada 1 nəfər həyatını itirib. Rusiyanın işğalından sonra Ukraynadan qaçaraq İtaliyaya gələn sığınacaq axtaranların sayı 35 minə yaxınlaşıb. İtaliya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, fevralın 24-dən İtaliyaya çatan bu şəxslərin 18 mini qadın, 14 mini uşaqdır. Bu gün Ukraynadan gələn və İtaliyanın Pesaro şəhərinə gedən sərnişin avtobusu naməlum səbəbdən aşıb. Hadisə zamanı 1 nəfər dünyasını dəyişib, yaralıların vəziyyətinin ağır olmadığı açıqlanıb. Katolik Kilsəsinin lideri Papa Fransisk də qaçqınların qəbul edilməsi və müharibənin dayandırılması çağırışını təkrarlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə