Ukrayna qaçqınlarını aparan avtobus qəzaya uğrayıb

Ukrayna qaçqınlarını aparan avtobus qəzaya uğrayıb

İtaliyada ukraynalı qaçqınları müvəqqəti sığınacaqlara aparan avtobus qəzaya uğrayıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, avtobusda 20-dən çox Ukrayna vətəndaşı olub.

İtaliyanın “Il Messaggero” qəzetinin yazdığına görə, qəza nəticəsində bir qadın ölüb, beş nəfər yaralanıb. Qəza martın 13-də səhər saatlarında Forli-Çesena əyalətində baş verib. Avtobus Peskaraya gedirmiş.

Hadisə yerində xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə