Rusiya Daxili İşlər Nazirliyi digər ölkə vətəndaşlarının miqrasiya qeydiyyatı üçün vahid dövr tətbiq etməyi təklif edib. Belə ki, miqrantlar üçün əvvəllər nəzərdə tutulan ölkədəqalma müddəti yeddi gündən otuz günə qədər artırılır.
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova bildirib ki, “Biz qanun layihəsində ölkəyə daxil olduğu tarixdən 30 gün ərzində yaşayış yeri üzrə qeydiyyat şərtlərinin müəyyən edilməsində vahid yanaşma təklif edirik”.
SİA bu barədə “TASS” agentliyinə istinad edir.
Kazakova bu addımı onunla izah edib ki, fəaliyyət göstərdiyi müddətdə miqrasiya qeydiyyatı hüquq-mühafizə orqanları üçün effektiv məlumat mənbəyi olub və buna görə də onun bəzi prosedurları cüzi dəyişikliklərə məruz qalıb: “Eyni zamanda, əcnəbi vətəndaş, məsələn, mehmanxanada olarsa və ya növbəli işləyirsə, bir iş günü ərzində qeydiyyatdan keçmək tələbi qalacaq”.
Maraqlıdır ki, idarə rəisi, bu cür düzəlişlərin Rusiya üçün turizmin cəlbediciliyini artıracağını da ümid edir.
Xatırladaq ki, əvvəllər Rusiyada əcnəbilərin yaşadıqları yer üzrə miqrasiya üçün müstəqil qeydiyyatdan keçə biləcəkləri Dövlət Xidmətləri ilə bağlı yeni bölmənin yaranacağı barədə danışılırdı. Belə görünür ki, müvafiq qanun layihəsi artıq hazırlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB