“Məndən başqa, heç kim Putinlə münasibət qura bilməz”

“Məndən başqa, heç kim Putinlə münasibət qura bilməz”

Keçmiş prezident Donald Tramp növbəti seçkilərdə namizədliyini irəli sürə bilmək ehtimalına eyham vurub. Belə ki, o Cənubi Karolina ştatında tərəfdarları tərəfindən keçirilən mitinqdə yəqin ki, yenidən “irəliyə getməli olacağını” istisna etməyib.

SİA-nın “ren.tv” saytına istinadən etimal edir ki, Tramp bununla Respublika Partiyasının perspektivlərini təsvir etmiş olub.

Maraqlıdır ki, bunula belə, Tramp 2024-cü ildə keçiriləcəyi planlaşdırılan seçkilərdə yenidən ABŞ prezidentli olmaq üçün namizədliyini irəli sürəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. Belə ki, o, əvvəlki səsvermənin nəticələrindən açıq şəkildə narazı qaldığını da gizlətməyib.

“Yenidən namizəd olmamız lazım ola bilər. 2020-ci il seçkilərindəki saxtakarlığa yenidən yol verə bilmərik". Bunu Tramp bildirib.

O, Nümayəndələr Palatasına aralıq seçkilərin səkkiz aydan sonra keçirilməli olduğunu xatırladıb və respublikaçıların bu şansdan yararlanaraq inamlı qələbə qazanmağa borclu olduqlarını vurğulayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Donald Tramp Rusiya Federasiyası ilə dialoqun yaxşı getmədiyini, çünki Rusiya rəhbərliyi ilə “danışacaq heç kim olmadığını” bildirmişdi. ABŞ-ın eks-prezidentinin sözlərinə görə, ondan başqa heç kim Rusiya prezidenti Vladimir Putinlə münasibət qura bilməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə