‘‘Müharibәyә son qoyacaq sәylәri dәstәklәyirik’’

‘‘Müharibәyә son qoyacaq sәylәri dәstәklәyirik’’

Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner bildirib ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoyacaq hәr növ sәylәri dәstәklәyir.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Büxner paytaxt Berlində təşkil edilən mətbuat konfransında Rusiya və Ukrayna xarici işlər nazirlərinin dünən Türkiyədə keçirilən görüşünü qiymәtlәndirib.

“Əlbəttə Almaniya Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoya biləcək diplomatik addımları dəstəkləyir’’,-deyә Almaniya hökumәtinin sözcüsü qeyd edib.

Almaniya kansleri Olaf Şolzun martın 14-dә Türkiyəyə səfər edəcəyini qeyd edən Büxner Şolzun prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib. O, tәrәflәrin daha sonra birgә mәtbuat konfransında çıxış edәcәklәrini deyib.

Görüşdә hansı mövzuların müzakirә edilәcәyi ilә bağlı mәlumat vermәyәn Büxner deyib: ‘‘Gündәmdәki mövzular bәllidir’’.

Bütün xəbərlər Facebook səhifəmizdə