Mozambikdə qasırğa insan tələfatına səbəb olub

Mozambikdə qasırğa insan tələfatına səbəb olub

Mozambikdə “Qombe” tropik qasırğası insan tələfatına səbəb olub.

Bu barədə Nampula əyaləti administrasiyasının nümayəndəsi Meti Gondola bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, qasırğa nəticəsində 10 nəfər ölüb.

Nampula ölkənin digər bölgələri ilə müqayisədə “Qombe” siklonundan daha çox zərər çəkib. Əyalətdə evlər, elektrik şəbəkələri, rabitə və yol infrastrukturu, o cümlədən körpülər zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə