...Bu arada kürd telekanalı “Rudaw” bir müddət əvvəl deyildiyi kimi Ərbilə üç deyil, ən azı 14 raket atıldığını bildirb.
Telekanalın məlumatına görə, atılan raketlər ABŞ Baş Konsulluğunun binası yaxınlığında və Mele Ömər kəndində partlayıb. Deyildiyi kimi havaya qaldırılan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ərazini nəzarətə götürüblər.
Bu arada Kürdüstan Səhiyyə Nazirliyinin rəhbəri Saman Berzenci hücumda ölən və yaralananların qarşısının alındığını bildirib. Ərbil valisi Omed Xoşnav bölgənin təhlükəsizlik qüvvələrinin həyəcan siqnalı ilə yüksək hazırlıq vəziyyətinə gətirildiyini də bildirib.
“Yaxın vaxtlarda biz bu terror aktını kimin törətdiyini öyrənəcəyik. Hazırda isə Ərbildə vəziyyət nəzarət altındadır. Amma “Kürdistan 24” telekanalının ofisinə ciddi ziyan dəyib”. Qeyd edək ki, bunu da qubernator deyib.
İraq Kürdüstanının paytaxtı Ərbildəki hava limanında hərəkət kəsilməsə də amma partlayışlardan sonra Amerika səfirliyi bağlanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB