İraqa raket və bomba zərbəsi endirilib, raketlər Amerika Birləşmiş Ştatlarının konsulluğu yaxınlığında düşüb.
SİA “UNIAN” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.
“Bazar günü İraqın şimalındakı muxtar kürd bölgəsinin paytaxtı Ərbil şəhərinə bir neçə raket düşüb", - məlumatda deyilir.
KİV-in məlumatına görə, raketlər Amerika Birləşmiş Ştatlarının konsulluğu yaxınlığında düşüb. Raket hücumlarından sonra şəhərdə bir neçə partlayış da baş verib.
Atışmanın İranın “Xəsabad” hərbi bazasından həyata keçirildiyi ehtimal edilir. Deyilənə görə, bombardman üçün “Fateh-110” raketlərindən istifadə edilib. İran mediası hədəflərin İraqdakı İsrailin milli kəşfiyyat xidməti olan “Mossad” olduğunu yazır.
Səbəb kimi isə Suriyada öldürülən iki iranlı zabitin qisası olduğu göstərilir. Ehtimala görə iranlı zabitlər “Mossad”ın tapşırığı ilə İsrail Hərbi Hava Qüvvələri tərəfindən öldürülüb.
Verilən son məlumata görə, ABŞ-ın Bağdaddakı səfirliyində həyacan siqnalı səslənib. İraqda baş verən partlayışdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.
Baş verənlərlə bağlı ABŞ prezidenti Cozef Bayden rəsmi açıqlama verəcəyi gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB