Rusiya Qərbə qarşı müharibəyə başlayacaq?

Zelenski bu barədə xəbərdarlıq edir
Rusiya Qərbə qarşı müharibəyə başlayacaq?

Ötən gün– martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Razılaşdırılan bütün humanitar dəhlizlər işləyib. Biz bu gün (dünən-red) 12 729 nəfəri çıxara bildik. Mariupol üçün humanitar yük sabah (bazar günü – red.) günorta olmalıdır. Marşrutun mürəkkəbliyinə görə Berdyanskda gecələmək lazım gəldi”, – Prezident deyib.

Zelenski həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət Ukraynaya böyük dəstək və yardım göstərməlidir, çünki Rusiyanın müharibəsi təkcə Kiyevə qarşı deyil, həm də digər Avropa güclərinə qarşı yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə