“Sizə həmişəkindən daha çox ehtiyacımız var”

Hökumət ukraynalıları işləməyə çağırır
“Sizə həmişəkindən daha çox ehtiyacımız var”

Ukraynanın baş naziri Denis Şmıqal ölkədə biznes işlərini bərpa etməyə, ukrayna xalqını isə işləməyə çağırıb. Onun videomüraciətində dediyi kimi, hələ heç kim müharibənin sabah bitəcəyinin proqnozunu verə bilməz:.

Onun sözlərinə görə, “...iİqtisadiyyatın yeni reallıqlar üçün yenidən qurulması qələbənin əsas təməli olmalıdır. Ona görə də hamını çağırıram! Kim işləyə bilər və işi varsa - işləsyn. Kimin aktiv hərbi əməliyyatların aparılmadığı ərazilərdə biznesi varsa - fəaliyyətlərinii bərpa etsinlər. Siz də iqtisadi cəbhənin bir hissəsisiniz! Bu gün dövlətin sizə həmişəkindən daha çox ehtiyacı var. Biz birlikdə qalib gələcəyik”.

SİA-nın da xəbər verdiyi kimi, bir müddət bundan əvvəl “UNİAN” Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun müraciətini dərc etmişdi.

Həmin müraciətdə Ukraynanın Rusiya ilə müharibədə qələbəsi arzu olunandan gec baş verə biləcəyini xatırladan Reznikov ukraynalılara yeni şəraitdə yaşamağı öyrənməyi tövsiyə edib.

Xatırladaq ki, bundan əlvvlə isə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç ölkənin qərbi və mərkəzinin sakinlərini normal sosial-iqtisadi fəaliyyətə qayıtmağa çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə