Çili prezidenti vәzifәsinin icrasına başlayıb

Çili prezidenti vәzifәsinin icrasına başlayıb

Çilinin әn gәnc prezidenti Qabriel Borik an içәrәk vәzifәsinin icrasına başladı.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, dekabr ayında keçirilәn prezident seçkilәrindә qәlәbә qazanan 36 yaşlı Qabriel Borik Çilinin әn gәnc prezidenti olub.

Çili Milli Konqresindә tәşkil edilәn mәrasimdә and içәn Borik vәzifәsinin icrasına başlayıb. Mәrasimdә bir sıra ölkәnin lideri vә tәmsilçisi iştirak edib. Borikdәn sonra nazirlәr dә and içәrәk vәzifәlәrinin icrasına başlayıblar.

Xatırladaq ki, Borik keçirilәn prezident seçkilәrinin ikinci raundunda sәslәrin әksәriyyәtini toplayaraq prezident seçilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə