Belarus hərbçiləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakdan qəti şəkildə imtina edir və komandanlıq orduda etirazları yatırmaq üçün rus zabitlərini yüksək vəzifələrə təyin etməyə başlayıb.
SİA “NB” saytına istinadən bildirir ki, bu barədə Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Belə ki, mərkəzin məlumatına görə, Brestdə yerləşən bir necə hərbi bölmələrdə artıq iğtişaşlar baş verib - hərbçilər, o cümlədən zabitlər Ukraynaya qarşı müharibədə iştirak etmək istəmir. Belarus Daxili İşlər Nazirliyinin əməkdaşlarının ailələri ilə birlikdə ölkədən getməsi halları da çoxalıb.
"Vəziyyəti sabitləşdirmək üçün Rusiyadan Belarus Silahlı Qüvvələrində vəzifələrə təyin olunan aşağı və yüksək rütbəli zabitlər gətirilməyə başlanılıb". Qeyd edək ki. bu da məlumatda deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB