Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç “Pryamiy telekanalının efirində ölkədə hərbi əməliyyatlar bir ay yarıma səngiyə biləcəyini bəyan edib.
SİA bu barədə “rosbalt” saytına istinad edir.
Arestoviç, həmçinin müharibədə artıq dönüşün Ukrayna Silahlı Qüvvələrinin xeyrinə baş verdiyini də etiraf edib. Qeyd edək ki, Ukrayna mətbuatının yazdığına görə, Arestoviç hələ 2003-cü ildə Krımın Rusiya Federasiyasına daxil olacağını, 2008-ci ildə Donbass hadisələrini, 2020-ci ildə isə Rusiya ilə genişmiqyaslı münaqişənun baş verəcəyini proqnozlaşdırmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB