ABŞ Ukraynaya tank əleyhinə sistemlər verir

ABŞ Ukraynaya tank əleyhinə sistemlər verir

ABŞ-ın Ukraynaya yeni hərbi yardım çatdıracağı deyilir. “Reuters” xəbər verir ki, burada tank əleyhinə atıcı silahlar və eləcə də zenit sistemləri nəzərdə tutur.

Xatırladaq ki, martın 12-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollarlıq hərbi yardımın göstərilməsi barədə memorandum imzalayıb. Buraya ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətlərinin tədarükü, eləcə də hərbi təlimlər daxildir.

SİA bu barədə “rambler” saytına istinad edir.

Onu da bildirək ki, martın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin cari maliyyə ili üçün maliyyələşdirmə paketini təsdiqləyib. Paketdə Ukraynaya 13,6 milyard dollar yardım daxildir. Hazırda sənəd təsdiq üçün Baydenə göndərilib.

Yeri gəlmişkən xatırladaq ki, 2021-ci ildə Vaşinqton Kiyevə bir milyard dollardan çox hərbi yardım göstərib. Belə ki, Ukraynaya minaatan əleyhinə radarlar, elektron və tibbi avadanlıqlar, nəqliyyat vasitələri, patrul katerləri, helikopterlər və s. göndərilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə