Zelenski: "Mariupol tam blokadadadır"

Zelenski: "Mariupol tam blokadadadır"

“Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.

SİA UNİAN-a istinadən xəbəre verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə