Ukrayna və Rusiya işçi qruplar yaradıblar

Ukrayna və Rusiya işçi qruplar yaradıblar

Ukrayna və Rusiya bu gün – martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.

SİA bu barədə rus mətbuatına istinad edir.

“Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib”, – Podolyak deyib.

Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi alt qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə