Brüsseldə qəribə qanun tətbiq ediləcək

Brüsseldə qəribə qanun tətbiq ediləcək

Belçikanın paytaxtı Brüsseldə həddindən artıq artan göyərçin populyasiyasının qarşısını almaq üçün doğum nəzarət materialı ilə örtülmüş qarğıdalının quşlara yem olaraq veriləcəyi açıqlanıb. SİA xarici mətvuata istinadən xəbər verir ki, son illərdə artan göyərçin tullantıları yüksək turşu tərkibinə görə mərmər və beton döşəmələrin həm çirklənməsinə, həm də aşınmasına səbəb olub. Şəhərdə göyərçinlərin çoxalmasının qarşısını almaq üçün maraqlı üsuldan istifadə olunacaq. Göyərçinlərin səbəb olduğu qarışıqlığı təmizləmək üçün hər il quş başına təxminən 20 avroya başa gəldiyini hesablayan bələdiyyə rəsmiləri saya nəzarət etmək üçün maraqlı bir “doğuşa nəzarət” idarəçiliyinə əl atacaqlarını açıqlayıblar.

Qeyd edək ki, 2019-cu ildə tətbiq olunduğu zaman göyərçinlərin sayının təxminən yarıya qədər azalmasını təmin edən bu üsul, göyərçin nəcislərindən ən çox şikayət alan bölgələrdə aparılacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə