“Könüllü rus əskəri”nin anası ilə söhbəti

“Könüllü rus əskəri”nin anası ilə söhbəti

Ukraynada döyüşən rus əskrinin anası ilə söhbətini əks etdirən daha bir səs yazısı yayılıb. Belə ki, rus əskəri, imzaladığı müqavilədən peşman olduğunu etiraf edir.

Onun “YouTube” kanalındakı səs yazısını Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko yayımlayıb: “Ana, hər saat başımın üstündə minalar uçur. Bu, ömür boyu qorxudur!" – bunu rus əsgəri anasına deyir. SİA bu barədə “UNİAN saytına istinad edir.

Onun sözlərinə görə, “bu gün biz burada tarlada, açıq sahədə gecələyən top yemləriyik”.

...Əskər 500 nəfərdən artıq döyüşçü yoldaşlarının komandirə evə getmək istədiklərini bildirdiklərin deyir. Komandir isə Rusiyaya qayıtmaq istəyən hər kəsdən sağa keçməyi əmr edib. O sonra Rusiyaya fərari kimi qayıdacaq hər birimizin bizi orada hansı aqibət gözlədiyini yadımıza salır.

“...Yeganə zarafat odur ki, biz daha geri dönməyəcəyik, çünki artıq rinqdəyik". deyən “könüllü rus əskər”in burada söhbəti kəsilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə