Ukraynanın paytaxtı Kiyevə yaxın bir bölgədə yerləşən soyuducu anbar Rusiya tərəfindən bombalanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya 17 gündür hücumlarını davam etdirdiyi Ukraynada mülki ərazilərlə yanaşı, hərbi məntəqələrə də zərbələr endirməkdə davam edir.
Məktəbləri, xəstəxanaları, bazarları, evləri bombalayan rus əsgərlərinin bu dəfə hədəfi soyuducu anbar olub. Kiyevdən 20 kilometr aralıda yerləşən Brovarı şəhərindəki soyuducu anbar rus əsgərlərinin hədəfi olub. Ukrayna Fövqəladə Hallar Xidmətinin dərc etdiyi fotoşəkillərdə və açıqlamada anbarın vurulduğu və bombalanma nəticəsində başlayan yanğına 4 maşın və 20 canlı qüvvə ilə müdaxilə edildiyi bildirilib. Ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB