Müğənni səhnədə çətin anlar yaşayıb

Müğənni səhnədə çətin anlar yaşayıb

Məşhur müğənni Aslı Hünelin 2019-cu ilin son gecəsi Floryada səhnəyə çıxdığı məkanda qorxulu anlar yaşadığı ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hünel unuda bilmədiyi gecəni danışdı.
Aslı Hünel səhnədə yaşadığı ən çətin andan da danışıb: "2019-cu ili 2020-ci ilə birləşdirən gecə Floryada bir məkanda səhnəyə çıxdım. İstəyirəm ki, hər şey rahat və yaxşı getsin. O gecə hər şeyi yoxladım. Səhnəyə çıxdım. Mahnılarımı oxuyurdum. Birdən istilik basdı. Nə baş verdiyini anlamadım. Sonra ürəyim sıxıldı infakt keçirdiyimi düşündüm.
Ertəsi gün xəstəxanaya getdim. Bir gün əvvəl səhnədə baş verənləri həkimə danışdım. Həkim panik atak keçirdiyimi, mükəmməl olmaq istəyinin bu xəstəliyə səbəb ola biləcəyini söylədi”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə