Ukraynada 3500-ə yaxın hərbi obyekt məhv edilib

Ukraynada 3500-ə yaxın hərbi obyekt məhv edilib

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 3491 hərbi obyekti məhv edib. SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu barədə məlumat yayıb.

“Yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerordom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi sıradan çıxarılıb”.

O həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəş sistemi, 423 səhra artilleriya və minaatan, 934 xüsusi təyinatlı hərbi texnika, eləcə də 123 pilotsuz uçuş aparatı da məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə