Sığınacaqda doğuş etdi

Rusiya-Ukrayna müharibəsinin simvollarından olan, Mariupolda Rusiyanın bombaladığı xəstəxanadan sağ çıxan, lakin Rusiya tərəfinin qara təbliğatına məruz qalan Mariana Vişegirskaya adlı ukraynalı qadından hər kəsi sevindirən xəbər gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli partlayışdan sağ çıxandan Mariana Vişegirskaya cəmi iki gün sonra qızını dünyaya gətirib və onu sağ-salamat qucağına alıb.
Mariananın qızı Veronika da müharibənin əvvəlindən bombalardan qorunmağa çalışılan sığınacaqlarda, zirzəmilərdə və doğum evlərində həyata salam deyən döyüş körpələrindən biri oldu.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə