Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. SİA xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Humanitar yardımın yola salınması mərasimində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibə verib.

Səfir bildirib ki, artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadım göndərir. Göndərilən yardımlar yüzlərlə insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırki vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Buna görə Azərbbaycan dövlətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

“Azərbaycan və Ukrayna uzun illər həmrəylik nümayiş etdiriblər. Biz, sadəcə, strateji tərəfdaşlar deyilik, biz dost ölkələrik”, - deyə diplomat əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə