Ukraynada dünyanın 52 ölkəsinin vətəndaşı döyüşür

Ukraynada dünyanın 52 ölkəsinin vətəndaşı döyüşür

Dünyanın hər yerindən könüllülər Ukraynaya gəlir və rus işğalçılarına qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulurlar. Hazırda Ukrayna uğrunda dünyanın 52 ölkəsinin vətəndaşları döyüşür. SİA UNİANA istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar legionun mətbuat katibi Anton Mironoviçin dediklərinə əsasən məlumat verib.

İdarənin nümayəndələri izah ediblər ki, hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.

"Dünyanın hər yerindən könüllülər əsgərlərimizə işğalçıları Ukrayna torpağından atmaqda kömək etmək üçün ölkəmizə gəlir. Könüllülər Ukrayna Beynəlxalq Müdafiə Legionu sıralarına qoşulurlar. Əvvəlcə legionda xidmətlə bağlı bütün hüquqi məsələlərdə razılığa gəlirlər, sonra onlar bütün lazımi texnika və silahları alırlar.Bundan sonra bölmələrin xüsusi hazırlığı və koordinasiyası aparılır”, - deyə Mironoviç bildirib.

Martın 10-na olan məlumata görə, Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsi döyüşür. Bunlar, xüsusən də Polşadan, Baltikyanı ölkələrdən, uzaq ölkələrdən, Skandinaviyadan, Böyük Britaniyadan olan hərbçilər, eləcə də bir çox amerikalılardır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə