Britaniyanın xeyriyyə təşkilatı Ermitajla əməkdaşlığı dayandırıb

Britaniyanın xeyriyyə təşkilatı Ermitajla əməkdaşlığı dayandırıb

Dövlət Ermitaj Muzeyi ilə birgə layihələr həyata keçirən Böyük Britaniyanın Hermitage Foundation xeyriyyə təşkilatı Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə muzeylə əməkdaşlığı dayandırıb.

SİA bu barədə “vestikavkaza” saytına istinadən muzeyin bəyanatla çıxış etdiyini bildirir

“Ukraynada baş verən hadisələrdən dərin sarsıntı keçirdik, biz dərhal bütün fəaliyyətimizi dayandırdıq və planlaşdırılan bütün tədbirləri ləğv etdik”, - bəyanatda deyilir.

Xatırladaq ki, Böyük Britaniyanın Hermitage Foundation xeyriyyə təşkilatı 2003-cü ildən Dövlət Ermitajının dəstəyi ilə “Böyük Britaniya və Rusiya arasında mədəni körpülərin qurulmasına” yönəlmiş layihələr həyata keçirir. Təşkilat Krallıqda muzey kolleksiyasının sərgilərini təşkil etməklə yanaşı, muzey kolleksiyasının kataloqunu da ingilis dilinə tərcümə edirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə