Türkmənistanda prezident seçkiləri keçirilir

Türkmənistanda prezident seçkiləri keçirilir

Xəbər verildiyi kimi, bu gün Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir.. SİA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bezirgen Qarayev ötən gün məlumat verib: “Dövlət başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb”, - deyə o bildirib.

Verilən məlumata görə, plkə daxilində 2577, xaricdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ölkədə 3 453 063 səsvermə hüququ olan şəxs var. Onu da bildirək ki, prezident kürsüsü uğrunda 11 namizəd mübarizə aparacaq.

Bu ərəfədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının növbədənkənar iclasında çıxış edərkən deyib ki, gənc rəhbərlərin dövlət idarəçiliyinə yollarını açmaq lazımdır. Türkmənistan mətbuatının məlumatına görə, bununla əlaqədar Mərkəzi Komissiyasının sədrinə Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq müvafiq işə başlamaq barədə tapşırıq verilib.

Qeyd edək ki, ölkədə sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib və qanunvericiliyə əsasən, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə