Meta Rusiya bazarını itirdiyinə görə peşman olacaq

Meta Rusiya bazarını itirdiyinə görə peşman olacaq

Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov əmindir ki, Meta Rusiya bazar seqmentini itirdiyinə görə peşman olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı senator bu gün öz Telegram kanalında fikirlərini bildirib.

Cabarov onu da xatırladıb ki, bloklamaq barədə qərar dərhal qəbul edilməyib - əvvəlcə “Roskomnadzor” Rusiya qanunvericiliyinin pozulması ilə bağlı çoxsaylı xəbərdarlıqlar “...Düşünürəm ki, Meta sahibləri hələ də Rusiya kimi bazarı itirdiklərinə görə peşman olacaqlar. Bu hesablardan istifadə edən bir neçə on milyonumuz var"-deyə Cabarov vurğulayıb.

Yeri gəlmişkən xatırladım ki, Meta texnologiya konqlomeratına sahib olan və Kaliforniya ştatının Menlo Parkında yerləşən Amerika çoxmillətli holdinq şirkətdir. O, Facebook, Instagram, WhatsApp və Oculus-un əsas təşkilatçısıdır.

İndi Rusiyadan gedib deyə, Cabarov da “bir qədər əsəbləşib”

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə