"Polad ölkənin güclü insanları"...

"Polad ölkənin güclü insanları"...

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna xalqına etdiyi videomüraciətində ukraynalıları “polad ölkənin güclü insanları” adlandırıb.

Qeyd edək ki, deyilənə görə, Kreml rəhbərliyi rus hərbi komandanlığı tərəfindən Ukraynanı uzağı dörd gün ərzində rusların qabağında diz çökəcəyinə inandırılmışdılar. Amma Zelenskinin dediyi kimi, “polad ölkənin güclü insanları" hələ ki, buna imkan verməyiblər.

Əslində, indiyə qədər rus ordusunun “məğlubediməzliyi” barədə xeyli fərəziyyələr söylənilsə də, amma bəzi reallıqlar başqa şeylər deyir.

Gərək ki, yaşlı insanların yadında olar...1987-ci ildə 18 yaşlı almaniyalı həvəskar pilot Matthias Rust bütün dünyanın təəccübünə səbəb olan bir hadisəyə imza atdı. Belə ki, o “Cessna” idman tipli təyyarəsi ilə uçaraq gəlib Qırmızı Meydana endi...

Yadımdadı, həmin ərəfədə bu məsələyə məsul olan rus zabitləri min bir bəhanə gətirdilər. “Radarlarda görürdük... özümüz toxunmadıq...vurnadıq”, daha nə bilim nə kimi yalanlar söyləsələr də, əslində bu “Sovetlər birliyinin sərhədinə quş da səkə bilməz” deyiminin fifalodan başqa bir şey olmadığına dəlalər edirdi.

...Və yaxud, “məğlubedilməz rus ordusunu” biabırçı məğlubiyyəti ilə bağlı başqa bir misal: 1994-cü ildə o zaman Rusiyanın müdafiə naziri olan Pavel Qraçov özündən razı halda “bir polkla iki saata Qroznını nəzarətə” götürəcəyini Boris Yeltsinə inandırandan sonra, Qroznı küçələrində 22 min ölmüş rus əsgərinin, 300-ə yaxın isə yanan tankını qoyub biabırcasına geri çəkildi. Deyilənlərə görə, həmən ərəfədə Rusiyanın məşhur “Maykop briqada”sı tamamilə məhv edilmişdi. Hətta deyilənə görə, rüsvayçı məğlubiyyət Yeltsini depressiyaya da salıbmış. Belə ki, yaxınlarının dediyinə görə, o iki gün araq içərək dayanmadan ağlayırmış.

İndi Zelenski deyir ki, bu gün “yolunu azmış işğalçılar” 16 gün ərzində heç nəyə nail ola bilmədiklərini, uğursuzluqlarını min bir bəhanə ilə əsaslandırmağa çalıçırlar. ...Yadımdaykən, icazə verin bunu da deyim. ...Yadımdaykən, icazə verin bunu da deyim. Belə ki, İkinci Dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da Avropaya ən böyük desantçıxarma əməliyyatına rəhbərlik edən, sonradan ABŞ-ın 34-cü prezidenti olmuş Duayt Eyzenhauerin rus döyüşçülərinə onların komandirləri tərəfindən göstərilən münasibətlə bağlı şahidi olduğu hadisıni xatırladıb.

Belə ki, Eyzenhauer bildirir ki, mən rus marşalı Georgi Jukovun öz döyüşçülərinə olan münasibətini görəndə dəhşətə gəldim: qarşı tərəf minalanmış ərazilərdi. Həmən ərazilərə daxil olan yerindəcə ölür. Amma buna baxmayaraq, Jukov hücum əmri verir, yəni öz döyüşçülərini şüurlu şəkildə ölümə göndərir...

...İndi kim deyər ki, həmin münasibət Ukraynadakı rus əskərlərinə göstərilmir

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə