Bu arada taksi aqreqatoru "Citymobil" Rusiyadakı işini dayandırdığını elan edib. Ötən gün bu açıqlamanı onlayn xidmətin mətbuat şöbəsi yayıb.
"Citymobil"in şəhər mobillik xidmətinin səhmdarları şirkətin fəaliyyətini dayandırmaq qərarına gəliblər", - məlumatda deyilir.
SİA TASS-a istinadən xəbər verir ki, şirkət işçilər və tərəfdaşlar qarşısında bütün öhdəliklər mövcud qanunvericilik çərçivəsində tam həcmdə yerinə yetiriləcəyinə söz verib.
Eyni zamanda, "Citydrive" avtomobil paylaşma xidmətinin fəaliyyətini davam etdirəcəyi də dəqiqləşdirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB