Muzeydən çıxarıb Kiyevdə barrikada qurdular

Muzeydən çıxarıb Kiyevdə barrikada qurdular

Kiyev Muzeyində olan İkinci Dünya Müharibəsindən qalma “tank tələsi” paytaxtda barrikada kimi istifadə olunur.

SİA-nın əldə etdiyi məlumata görə, II Dünya Müharibəsində Kiyevin faşist tanklarına qarşı müdafiəsi üçün istifadə edilən və muzeydə nümayiş etdirilən tank əleyhinə dəmir kirpilər Rusiya qüvvələrinin şəhərə mümkün girişinə qarşı yenidən paytaxt küçələrinə yerləşdirilib.

Ukrayna rəhbərliyi Rusiya qüvvələrinin mümkün hücumu səbəbindən paytaxt Kiyevin müdafiəsi üçün əllərində olan bütün materiallardan istifadə etməyə çalışır.

Kiyevə gedən əsas yollarla yanaşı, şəhərin, demək olar ki, hər küçəsində görülən qeyri-adi tədbirlər diqqəti cəlb edir.

Ukraynalılar tapdıqları hər bir materialla Rusiya zirehli və tanklarının mümkün hücumlarının qarşısını almaq üçün yollarda barrikadalar qurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə