Əgər istək olarsa, Ukraynadakı münaqişə istənilən vaxt həll oluna bilər. Bildirək ki, Moskva və Minskin bu fikrini Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşün yekunlarına görə bildirib.
Eysmontun dediyinə görə, ölkə liderləri ilk növbədə dünyadakı ümumi vəziyyəti müzakirə ediblər, lakin sonra onlar Ukraynaya və baş verənlərdə Rusiya və Belarus tərəflərinin mövqelərinə keçiblər.
“Nəticələrə görə, yekdil rəy səslənib: Ukrayna tərəfi istəsə, münaqişə istənilən vaxt həll oluna bilər”, - Natalya Eysmont qeyd edib.
SİA xəbər verir ki, onun sözlərini BELTA agentliyi sitat gətirir. Xatırladaq ki, Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında görüş 5 saatdan çox davam edib. Danışıqlar zamanı Belarus lideri “...Kiyev hakimiyyəti təkcə Donbasa deyil, həm də ölkəsinə zərbə endirməyi planlaşdırır”-deyə bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB